Hazırda davam edən turlar

Renat Majidov ilə Canlı Çin turu Çin səddinə gedirik

Tur iştirakçılarının mütləq bilməli olduğu qaydalar

Bu qaydalar bütün qrup turları üçün keçərlidir

Tur Tarixləri və Saat Qurşağı

  • Elanlarda göstərilən tarixlər Bakıdan uçuş və dönüş günləridir.
  • İlk/son ölkəyə çatma vaxtı yerli saatla dəyişə bilər.
  • Tranzit dayanacaqlar nəzərə alınmır.
  • Tam günləri dəqiq bilmək üçün tur planına baxın.

Baqaj və Əl Yükü

  • Baqaj qaydaları aviaşirkətə görə dəyişir.
  • Uçuşdan əvvəl koordinatorla dəqiqləşdirin.

Hotel Otaqları

  • 3★ və ya 4★ hotellər, bəzən apartamentlər seçilir.
  • Otaqlar 2 və ya 3 nəfərlik paylaşılır.
  • Qadınlar ayrı, kişilər ayrı otaqlarda qalır.

Qidalanma

  • Xüsusi qeyd edilmədikdə yalnız səhər yeməyi daxildir.
  • Digər yeməklər iştirakçının öz hesabınadır.
  • Birlikdə yemək qrup ruhu üçün tövsiyə olunur.

Şəhərdaxili Nəqliyyat

  • Nəqliyyat xərcləri qiymətə daxil deyil (transfer ayrıca qeyd olunarsa, daxildir).
  • Taksi və sifarişli nəqliyyat xərcləri bölüşdürülür.
  • İctimai nəqliyyat xərclərini hər kəs özü ödəyir.

Koordinator və Elektron Bələdçi

  • Koordinator tur planının icrasını təmin edir.
  • Peşəkar bələdçi deyil və yerlər barədə məlumat vermir.
  • Elektron məlumat və ya internetdən istifadə mümkündür.

Muzeylər və Attraksionlar

  • Giriş biletləri qiymətə daxil deyil (əks halda ayrıca qeyd olunur).
  • Bilet alarkən əlavə bələdçi sifariş etmək mümkündür.

Xərclər və Valyuta

  • Hər ölkəyə uyğun nağd məbləğ barədə əvvəlcədən məlumat veriləcək.
  • Koordinator gündəlik xərcləri ödəyə bilər, sonra proqramla dəqiq bölüşdürülür.

Gecikmələr

  • İştirakçının gecikməsi proqramı ləngidə bilər.
  • Koordinator gecikən iştirakçını gözləmək məcburiyyətində deyil.
  • Gecikən şəxs əlavə xərcləri özü ödəməlidir.

Pərakəndəlik

  • Qrup turları birlikdə hərəkəti nəzərdə tutur.
  • Pərakəndəliyə yol verilmir.