Tur iştirakçılarının mütləq bilməli olduğu qaydalar
📅 Tur Tarixləri və Saat Qurşağı
- Elanlarda göstərilən tarixlər Bakıdan uçuş və dönüş günləridir.
- İlk/son ölkəyə çatma vaxtı yerli saatla dəyişə bilər.
- Tranzit dayanacaqlar nəzərə alınmır.
- Tam günləri dəqiq bilmək üçün tur planına baxın.
🧳 Baqaj və Əl Yükü
- Baqaj qaydaları aviaşirkətə görə dəyişir.
- Uçuşdan əvvəl koordinatorla dəqiqləşdirin.
🏨 Hotel Otaqları
- 3★ və ya 4★ hotellər, bəzən apartamentlər seçilir.
- Otaqlar 2 və ya 3 nəfərlik paylaşılır.
- Qadınlar ayrı, kişilər ayrı otaqlarda qalır.
🍽️ Qidalanma
- Xüsusi qeyd edilmədikdə yalnız səhər yeməyi daxildir.
- Digər yeməklər iştirakçının öz hesabınadır.
- Birlikdə yemək qrup ruhu üçün tövsiyə olunur.
🚌 Şəhərdaxili Nəqliyyat
- Nəqliyyat xərcləri qiymətə daxil deyil (transfer ayrıca qeyd olunarsa, daxildir).
- Taksi və sifarişli nəqliyyat xərcləri bölüşdürülür.
- İctimai nəqliyyat xərclərini hər kəs özü ödəyir.
👥 Koordinator və Elektron Bələdçi
- Koordinator tur planının icrasını təmin edir.
- Peşəkar bələdçi deyil və yerlər barədə məlumat vermir.
- Elektron məlumat və ya internetdən istifadə mümkündür.
🎟️ Muzeylər və Attraksionlar
- Giriş biletləri qiymətə daxil deyil (əks halda ayrıca qeyd olunur).
- Bilet alarkən əlavə bələdçi sifariş etmək mümkündür.
💰 Xərclər və Valyuta
- Hər ölkəyə uyğun nağd məbləğ barədə əvvəlcədən məlumat veriləcək.
- Koordinator gündəlik xərcləri ödəyə bilər, sonra proqramla dəqiq bölüşdürülür.
⏰ Gecikmələr
- İştirakçının gecikməsi proqramı ləngidə bilər.
- Koordinator gecikən iştirakçını gözləmək məcburiyyətində deyil.
- Gecikən şəxs əlavə xərcləri özü ödəməlidir.
🚫 Pərakəndəlik
- Qrup turları birlikdə hərəkəti nəzərdə tutur.
- Pərakəndəliyə yol verilmir.